DİN Samuxda qəzada ölən 5 nəfərlə bağlı məlumat yaydı - Rəsmi

1 Avqust 2015 14:28 (UTC+04:00)

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də saat 16 radələrində Samux rayonunun Bağbanlar kəndində rayon sakini Zöhrab Məmmədov "VAZ-2106" markalı avtomobili idarə edərkən onu körpüdən Gəncə çayına aşırıb.

Nəticədə Z.Məmmədov və sərnişinləri Maral Məmmədova, Hicran Məmmədova, Kifayət İsmayılova və Məleykə Həsənova hadisə yerində ölüb, 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.