Zakir Həsənov rusiyalı həmkarı ilə təkbətək görüşdü - Moskvada

1 Avqust 2015 14:41 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, görüş nümayəndə heyətinin iştirakı olmadan təkbətək keçirilib.

Görüşdə regional təhlükəsizliyə dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Mətbuat görüşün yalnız protokol hissəsinə buraxılıb, müzakirələr jurnalistlərin iştitak olmadan davam etdirilib.