Tacir Şahmalıoğlunun qardaşının cəsədi tapıldı — SON DƏQİQƏ

2 Avqust 2015 20:10 (UTC+04:00)

AzNews.az ölkə.az-a istinadən xəbər verir ki, 36 yaşlı Mahir Allahverdiyevin cəsədi bu gün tapılıb.

Xatırladaq ki, Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.