Bakıda dəhşətli qəza: 4 ölü, 4 yaralı – FOTO + VİDEO

2 Avqust 2015 22:15 (UTC+04:00)
AzNews.az xəbər verir ki, "Lend Rover" markalı 90-KX-010 nömrə nişanlı avtomobil çox yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirərək, "Zaporojets" , "Mersedes" və "Lexus" markalı avtomobillərlə toqquşub. Əsas zərbəyə tuş gələn "Zaporojets" markalı avomobil alışıb. Nəticədə avtomobildəki 4 nəfərin hamısı həyatını itirib. Ölənlərdən birinin cəsədi külə çevirilib.

Digər avtomobillərin sərnişinlərindən isə 4 nəfər ağır yaralanıb.

"Lend Rover"in sürücüsü isə taksiyə əyləşərək hadisə yerindən uzaqlaşıb.

Qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili yardım maşınları gəlib.






Sadiq
AzNews.az