Alim Qasımov Malayziyaya gedir - Yeni konsert proqramı

3 Avqust 2015 11:44 (UTC+04:00)

Bu barədə AzNews.az-a sənətkarın mətbuat xidmətinin rəhbəri Səadət Möhübova məlumat verib.

O, bildirib ki, səfər sentyabr ayında baş tutacaq: "Alim müəllim sentyabrın 2-dən 6-na kimi Malaziyaya səfər edəcək. Səfər çərçivəsində böyük konsert proqramları nəzərdə tutulub".

S.Möhübova onu da əlavə edib ki, sənətkar bu konsertdə qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə çıxış edəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az