“Azəryolservis“ təmir işlərini dayandırdı - İsti havaya görə

4 Avqust 2015 14:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Report-a verdiyi məlumata görə, davam edən istilərlə əlaqədar olaraq iş prosesində fasilələr müəyyənləşdirilib.

"Belə ki, iş prosesi əsasən açıq havada olduğundan işçilər 08:00-dan 12:00-dək işləyirlər, 12:00-dan 18:00-dək fasilə elan olunur və 18:00-dan 21:00-dək iş prosesi yenidən bərpa edilir. Belə iş qrafiki ancaq isti havalarla əlaqədar tətbiq edilib", - A.Nəcəfli qeyd edib.