Özünü müdafiə etmək Türkiyənin haqqıdır - ABŞ

4 Avqust 2015 15:50 (UTC+04:00)

AzNews.az-ın məlumatna görə, PKK-nın Türkiyədəki son fəaliyyətlərini dəyərləndirən Toner, "Bu hücumların sona çatması, PKK-nın şiddətdən imtina etməsi və Türk hökumətinin də danışıqlara yenidən başlamasını istəyirik" deyə bildirib.

Toner, Türkiyənin PKK-ya qarşı hava əməliyyatlarında mülki vətəndaşların da ölməsi iddialarına isə, "mülki itgilərin olmasını görmək istəmirik" cavabını verib:

"Bu cür xəbərləri çox ciddi qəbul edirik. PKK Türkiyəyə qarşı hücumlarını durdurduğunu və Türkiyənin də eyni qarşılıq verməsini görmək istəyirik".

Hava hücumlarından bəzən mülkilər də zərər görə biləcəyini deyən Toner, lakin bu hücumların PKK-ya qarşı olduğuna işarə edib.

PKK-nın hücumlarına qarşı Türkiyənin özünü müdafiə etmək haqqı olduğuna inandıqlarını təkrarlayan Mark Toner, eyni zamanda şiddətin sona çatmasını istədiklərini dilə gətirib.

Vüsal
AzNews.az