“Apple”dan yenilik - Mobil operator olacaq
4 Avqust 2015 17:49 (UTC+04:00)
AzNews.az "Business Insider"ə istinadən xəbər verir ki, şirkətin öz mobil infrastrukturu olmadığına görə, o digər operatorların şəbəkəsindən xidmət edəcək.
Mənbənin verdiyi məlumata görə, Apple AT&T və Sprint mobil rabitə operatorları ilə müqavilə bağlamağı planlaşdırır.
Mobil virtual şəbəkə operatorunun işə salınmasının hazırlıqlarına başlansa da, bu müddət 5 ilə qədər uzana bilər.
Qeyd edək ki, analoji layihəni 2015-ci ilin aprelində Google işə salıb. Google bunun üçün Sprint, T-mobile və Wi-Fi-dan istifadə edir.
Texnologiya smartfonlara üç mənbə arasından hazırkı zamanda daha çox siqnal təqdim edənini seçməyə imkan verir.
Aydan Axundova