İcra başçısından oğlunun saxlanılması xəbərinə - Reaksiya

4 Avqust 2015 19:29 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Lütfəli Babayev məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verib. İcra başçısı bütün bu xəbərləri cəfəngiyat adlandırıb:

"Yayılan məlumatların heç bir əsası yoxdur. Bu xəbərlər heç bir həqiqətə söykənməyib. Sadəcə ənənəvi xəbərlərin davamıdır..."

Xəbərdə Lütfəli Babayevin qardaşı oğlu Yadigar Babayevin də bir müddət əvvəl eyni səbəblə saxlanıldığı qeyd olunub. Bu iddialara isə icra başçısı belə cavab verib:

"Qardaşım oğlu hərbi xidmətdən qayıdandan sonra Rusiyada yaşayır və işləyir. O, uzun müddətdir qohumların yanına köçüb. Azərbaycanda maşın idarə etməyib".