FHN iki nəfəri xilas etdi

4 Avqust 2015 19:38 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı və Sumqayıtda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Hər iki şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.