Tahir İmanov film çəkir - “Ölülər 21-ci əsr”

20 Avqust 2015 15:57 (UTC+04:00)

Bu barədə AzNews.az-a Xalq artisti Valeh Kərimov məlumat verib.

O, bildirib ki, "Ölülər 21-ci əsr" adlı filmin çəkiliş heyəti hazırda Qəbələ rayonundadır:
"Qəbələdəyik. Komediya janrında olan filmdə Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova və başqa aktyorlar rol alıblar. Artıq filmlə bağlı çəkiliş işlərinə başlanılıb".

V.Kərimov qeyd edib ki, çəkilişlər bir aya yaxın davam edəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az