Musiqili Teatr yeni mövsümə hazırlaşır

25 Avqust 2015 13:56 (UTC+04:00)

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a bildirib ki, Musiqili Teatr ölkədə yeni mövsümə ən tez – 10 sentyabr 2015-ci il tarixində start verəcək.

Mövsümün açılışı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşasıyla baş tutacaq.

Qeyd edək ki, "O olmasın, bu olsun" tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.

AzNews.az