Nadir Qafarzadəyə vəzifə verildi - “İlk planım...”

26 Avqust 2015 12:11 (UTC+04:00)

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunub.

"Bir neçə gün olar ki, direktor vəzifəsinə təyin olunmuşam. Artıq vəzifəmin icrasına başlamışam. Qarşıda duran ilk planım qəsəbə sakinlərinə konsert verməkdir. Mənə göstərilən etimadı doğruldacam"-, deyə Qafarzadə bildirib.