Güclü qasırğa - 12 ölü, 20 itkin

29 Avqust 2015 00:29 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, qasırğa Dominikan Respublikasında 12 adamın ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub. Ölkənin baş naziri Ruzvelt Skerrit hadisə ilə bağlı açıqlama yayıb.

Skerrit fırtınanın kiçik adalarda həddindən artıq ziyanlara səbəb olduğunu qeyd edib.

Baş nazir qasırğanın ölkəyə on milyonlarla dollar zərər verdiyini söyləyib.