Belarusun məşhur portalı Azərbaycandan yazdı

29 Avqust 2015 10:56 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a bildiriblər ki, layihə çərçivəsində "National Geographic" jurnalının Macarıstan, Hindistan, Koreya, Çin, İsrail, Ukrayna, Gürcüstan, Belarus, İran, Rusiya nümayəndəliklərinin əməkdaşları Azərbaycana gəlmiş və burada fotoreportaj hazırlamışlar.

Qonaqlar paytaxt Bakı ilə yanaşı Naftalan, Qəbələ, Şəkiyə səfər etmiş və bu regionların turizm potensialı ilə yaxından tanış olmuşlar.

Səfər nəticəsində toplanan materiallar Belarusun məşhur traveling.by portalında yerləşdirilmişdir. Məqalə ilə BURADAN tanış olmaq mümkündür: