PKK-dan bir gündə 2 terror aktı - 3 şəhid

29 Avqust 2015 13:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, polislər terror hücumuna dərhal cavab veriblər.

Baş verən atışmada 3 polis yaralanıb, 2 PKK-lı öldürülüb. Ağır yaralanan polislərdən biri aparıldığı xəstəxanada vəfat edib.

Türkiyənin Şanlıurfa vilayətində də terror aktı törədilib. Balıklıgöl Dövlət Xəstəxanasının təcili yardım bölməsindən çıxan polis maşınına hücum edilib. Ağır yaralanan 2 polis əməkdaşı xəstəxanada vəfat edib.


Hadisə yerinə çox sayda polis cəlb edilib. Hücum edənlərin tapılması üçün əməliyyat başladılıb.

Aydan Axundova