MSK qeydiyyat, təşviqat vaxtlarını açıqladı - Deputat seçkisinə start verildi

29 Avqust 2015 14:40 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov xatırladıb ki, prezident İlham Əliyevin 28 avqust tarixli sərəncamına əsasən Milli Məclisə seçkilər bu il noyabrın 1-də keçiriləcək.

Təqvim Planına əsasən namizədlərin irəli sürülməsi prosesi bu gündən başlanır. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.