25 yaşlı gənci elektrik cərəyanı vurdu - Lənkəranda

29 Avqust 2015 18:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, 1990-cı il təvəllüdlü Siyavuş İnqilab oğlu Paşayev əmisinə məxsus evdə elektrik xətlərini dəyişərkən onu tok vurub. Nəticədə 25 yaşlı gənc ağır bədən xəsarətləri alıb.

Yaralını Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirərkən yolda dünyasını dəyişib. Buna görə də onu morqa təhvil veriblər.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalara başlanıb.