Bakıda avtobus yandı - VİDEO

29 Avqust 2015 18:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib. Orada sürücüsü hələlik məlum olmayan avtobus yanır. FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi istiqamətində iş aparırlar.

FHN- in mətbuat xidmətindən avtobusda sərnişin olmadığı bildirilib.