MSK-nın iclasında - Yeni qərarlar (VİDEO)

29 Avqust 2015 19:15 (UTC+04:00)

AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, komissiyanın iclasında Milli Məclisə seçkilərin təqvim planı təsdiq edilib. Artıq deputatlığa namizədliyin irəli sürülməsinə start verilir. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkiqabağı təşviqatin aparılmasına isə seçkilərə 23 gün qalmış oktyabrın 9-da başlanılır. 31 oktyabr saat 08:00-da isə təşviqat dayandırılır.

Azərbaycanda Parlament seçkiləri V dəfə baş tutacaq.

MKS sədri Məzahir Pənahov isə bəzi beynəlxalq müşahidəçilərin ədalətsiz yanaşmasına iradlarını bildirib:

"Bunu heç kəs qeyri adi qəbul etməsin. Bu dünyanın hər bir ölkəsində olur və bizdə də yaşanır. Belə hal növbəti seçkilərdə də olacaq. Seçkilərin nəticələri çox obyektiv bir şəkildə qiymətləndiriləcək".