Gəncədə piyada vuruldu

29 Avqust 2015 22:16 (UTC+04:00)

AzNews.az region tv-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Şəhər sakinin Pərvin Əmiraslanov naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər Pərvin Əmiraslanova ilkin tibbi yardım göstərilib. Hazırda 25 yaşlı gəncin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.