Hərbi hospitalın rəisi saxlanıldı - Rüşvətə görə

29 Avqust 2015 22:49 (UTC+04:00)

AzNews.az-ın APA-a istinadən məlumatına görə, istintaq müəyyən edib ki, saxlanılan şəxs tenderə əsasən dövlət satınalmaları prosesinin həyata keçirilməsi zamanı iş müəssisəsindən 6 000 lari rüşvət tələb edib və rüşvətin bir hissəsi olan 2 000 lari alarkən istintaq xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə əlaqədar Gürcüstan CM-nın 338-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır və saxlanılan şəxsi 6 ildən 9 ilədək azadlıqdan məhrum olma cəzası gözləyir.