62 yaşlı kişi özünü asdı

31 Avqust 2015 12:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Xəzər rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, paytaxtın Suraxanı qəsəbəsində yaşayan 1953-cü il təvəllüdlü Elxan Sultanov özünü Xəzər rayonu Binə qəsəbəsi ərazisində, yolun kənarındakı yaşıllıq massivində ağacdan asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.