Müsavat namizədləri bu gün açıqlayacaq – Siyahıda kimlər olacaq?

31 Avqust 2015 13:24 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini, Divan üzvü Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, günün ikinci yarısında Müsavat Partiyasının Divan iclası keçiriləcək:

"Namizədlər Divan iclasında müzakirə olunacaq, tam dəqiqləşdiriləcək və ondan sonra siyahı mətbuata açıqlanacaq".

Xatırladaq ki, avqustun 29-da Müsavat Məclisinin növbəti iclası keçirilib və orada Parlamet seçkilərinə qatılacaq namizədlərin bəzilərinin adı məlum olsa da yekun siyahı açıqlanmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az