Türkiyədə polisə növbəti bombalı hücum – 5 yaralı

31 Avqust 2015 14:52 (UTC+04:00)

b>AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, xidməti avtobus yolu keçərkən PKK silahlıları öncədən yolda gizlətdikləri bombaları uzaq məsafədən partladıblar.

Partlayış zamanı 5 polis yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücumun təşkil edildiyi əraziyə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. Yol nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb.

Aydan Axundova