Türkiyə vətəndaşı qəzada öldü – Göygöldə

31 Avqust 2015 15:20 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 30-da saat 12 radələrində Quşqara kəndində qeydə alınıb.

Şəmkir rayon sakini Ramin Allahverdiyevin idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Aktar İsmayılın idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Hər 2 sürücü və R.Allahverdiyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

A.İsmayıl orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.