Gündüz Abbaszadə “Neftçi“dən getdi

31 Avqust 2015 16:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, G.Abbaszadə qol.az-a açıqlamasında xəbəri təsdiqləyib.

O, klubdan ayrılmağının səbəbləri haqda danışmaq istəmədiyini bildirib. Gündüz Abbaszadənin fəaliyyətini harada davam etdirəcəyi də hələlik məlum deyil.

Qeyd edək ki, Gündüz Abbaszadə 2011-ildən "Neftçi"də çalışıb.

Əlavə edək ki, Gündüz Abbaszadənin "Neftçi"dən getməsi ilə bağlı ilk xəbəri fanat.azsaytı yazıb.