3 partiyanın nümayəndələri qeydə alındı

31 Avqust 2015 17:06 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, iclasda "2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası" müzakirəyə çıxarılıb.

Qayda barədə MSK sədri Natiq Məmmədov məlumat verib. Natiq Məmmədov Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 250 min ədəd bildiriş hazırlanacağını qeyd edib.

Qayda səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a dəyişiklik edilib. MSK bəzi dairə seçki komissiyaların tərkibində dəyişiklik də edib.

Sevinc Yasinqızı
AzNews.az