Ümid Partiyası sənədləri MSK-ya təqdim etdi

31 Avqust 2015 17:47 (UTC+04:00)

Partiyadan AzNews.az-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinə 1 noyabr 2015-ci il tarixdə keçiriləcək seçkilərdə iştirakla bağlı zəruri sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Qeyd edək ki, Avqustun 30-da Ümid Partiyasının Ali Məclisi partiyanın Parlament seçkilərində iştirakla ilə bağlı qərar qəbul edib və deputatlığa namizədlərin siyahısını təsdiqləyib.