Putin MDB-də dolları qadağan edir - Qanun layihəsi

1 Sentyabr 2015 20:08 (UTC+04:00)

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezident bu haqda Dövlət Dumasına qanun layihəsi təqdim edib.

Verilən məlumata görə, ticarətdə milli pul vahidlərinin istifadəsinin genişləndirilməsi hədəflənir, Avrasiya İqtisadi Birliyinə (AEB) üzv olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan arasında ortaq bir maliyyə bazarı yaradılması planlaşdırılır.

Anlaşmaya görə, 2025-2030-ci illərdə birlik üzvü olan ölkələrin yerli pul vahidləri ilə ticarəti zəruri hala gələcək.

Rusiya eyni zamanda Türkiyə, Çin və Yaxın Şərq ölkələri ilə yerli pul vahidləri ilə ticarəti nəzərdə tutan sazişlər imzalayır.