Neftin qiyməti yenidən ucuzlaşdı

2 Sentyabr 2015 08:46 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Brent markalı neftin qiymətinin bir ticarət sessiyası ərzində bu qədər düşməsi noyabrın 27-dən bu günədək ən maksimal həddə olub. Xatırladaq ki, OPEK –in noyabrın 27-də hasilat kvotasını sutkada 30 mln barrel həcmində saxlamaq qərarı neftin 9 faiz ucuzlaşmasına səbəb olmuşdu.

Qeyd edək ki, avqustun 31-də Brent neftinin qiyməti 8 faiz artaraq 54 dollar həddini keçib. Buna səbəb kimi, OPEK-in təşkilata üzv olmayan neft hasilatçıları ilə neftin qiymətinin sabitləşdirilməsinə dair danışıqlara hazır olduğunu bildirməsi göstərilir.