Atəşkəs pozuldu - Düşmən ordusunun 2 hərbçisi yaralandı

2 Sentyabr 2015 09:58 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 128 atəş zərbəsi endirib.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə saat davam edən atışma nəticəsində 2 erməni hərbçisi yaralanıb. Yaralananlar hərbi qospitala aparılıblar.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, yaralananlar təcili xidmətin xərbçiləridir: 1996-cı il təvəllüdlü Vladimir Qevorkyan və 1993-cü il təvəllüdlü Qor Qevorkyan.

Yaralanan hərbçilərin vəziyyətinin stabil olduğu və ölüm təhlükəsinin olmadığı bildirilir.

Aydan Axundova