Müsavat sənədləri MSK-ya təqdim etdi
3 Sentyabr 2015 18:09 (UTC+04:00)
Bu barədə AzNews.az-a Müsavat Partiyasından məlumat verilib. Bildirilib ki, sentyabrın 3-dən etibarən namizədlərin sənədlərinə baxılacaq.
Sentyabrın 4-də isə Müsavat partiyasının səlahiyyətli nümayəndələrinin təsdiqi məsələsinə baxılacaq.
Xatırladaq ki, Müsavat Məclisinin avqustun 29-da keçirilən iclasında partiyanın Milli Məclisə namizədlərinin siyahısı təsdiqlənib.
AzNews.az