Olland Ərdoğana zəng etdi - Ölən 3 yaşlı uşaqla bağlı

3 Sentyabr 2015 21:19 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, "Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Olland Elysee Sarayında İrlandiyanın baş naziri Enda Kennini qəbul etdikdən sonra bir neçə dünya liderləri ilə telefonla əlaqə saxlayıb. Onlar sırasında Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanda olub.

O, jurnalistlərə açıqlamasında Ərdoğanla müzakirəsinin detallarını açıqlayıb.

Fransa prezidenti Ərdoğanla Bodrumda suriyalı uşağın sahilə vuran cansız bədəninin fotoları barədə müzakirə aparıb.

Bu fotolardan sonra bütün dünyada məsuliyyət şüurunun canlandırılmasının lazım olduğu qeyd olunub.

Olland fotoların dünya gündəmini zəbt etdiyini, immiqrantlara qarşı münasibətin və nəzarətin gücləndirilməsini bildirib.