Prokurorluq daha bir jurnalisti dindirəcək

1 Oktyabr 2015 19:25 (UTC+04:00)

AzNews.az ans press-ə istinadən xəbər verir ki, bu barədə jurnalistinin özü məlumat verib.

Kryuçkina qeyd edib ki, o, oktyabr ayının 2-də saat 9.30-a Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində olmalıdır.

İnstitut əməkdaşı bildirib ki, indiyə qədər o, bir neçə dəfə Qeyri Hökümət Təşkilatlarının (QHT) işi ilə bağlı dindirilib. Sonuncu dəfə o bu məsələ ilə bağlı yanvar ayının axırlarında ifadə verib.

Üç gün əvvəl isə Baş Prokurorluq işçiləri "Azadlıq Radiosu"nun əməkdaşı, jurnalist İslam Şıxəlini dindirmişdilər.

Dindirilmədən sonra jurnalist bildirmişdi ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona "Meydan TV"nin işi ilə bağlı aparılan araşdırmalara görə suallar verilib.