Zaqatalada intihar - 88 yaşlı kişi özünü asdı

1 Oktyabr 2015 19:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 17.00 radələrində rayonun Yuxarı Tala kəndində qeydə alınıb.

1927-ci il təvəllüdlü Zeynalabid Süleyman oğlu Mahmudovun meyiti ailə üzvləri tərəfindən yaşadığı ünvanda asılı vəziyyətdə aşkar edilib. 88 yaşlı Z. Mahmudovun intihar etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.