FIFA növbəti reytinq cədvəlini açıqladı - Millimiz 5 pillə irəlilədi

1 Oktyabr 2015 23:05 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, Azərbaycan yığması siyahıda irəliləyib.

Ötən ayla müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli 105-ci yerdə qərarlaşıb. Komandamızın aktivində 328 xall var. Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən Norveç və Malta irəliləyib. Şimallılar 35 pilləlik sıçrayışa nail olub. Xorvatiya, İtaliya və Bolqarıstan isə geriləyib.

16 (14). Xorvatiya – 965
17 (16). İtaliya – 962
34 (69). Norveç - 739
78 (68). Bolqarıstan - 414
157 (160). Malta – 164


Azərbaycan yığması.

DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında Almaniya, Çexiya, Norveç və Şimali İrlandiya irəliləyib. Yalnız San-Marino mövqeyini bir az da pisləşdirib.

2 (3). Almaniya – 1401
15 (20). Çexiya - 983
34 (69). Norveç - 739
35 (41). Şimali İrlandiya - 724
196 (193). San-Marino - 35


Argentina millisi

İlk "onluq"da da dəyişiklik diqqət çəkir. Almaniya 2-ci pilləyə qayıdıbsa, Portuqaliya 4-cü yeri ələ keçirib. İlk "onluğ"a qayıdan İspaniya Rumıniyanı buradan çıxarıb.

1 (1). Argentina – 1419
2 (3). Almaniya – 1401
3 (2). Belçika – 1387
4 (6). Portuqaliya – 1235
5 (4). Kolumbiya – 1228
6 (11). İspaniya - 1223
7 (5). Braziliya – 1204
8 (9). Uels - 1195
9 (8). Çili – 1177
10 (10). İngiltərə - 1161


Türkiyə yığması.

Türkiyə yığması siyahıda hesabında olan 717 xalla 9 pillə irəliləyib. "Ay-ulduzlular" bu cədvəldə 37-ci pilləyə yüksəlib.