AZAL-ın özəlləşdirilməsi təklifinə - Cavab

2 Oktyabr 2015 15:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin beş komitəsinin 2016-cı ilin dövlət büdcəsinə zərfinə həsr olunmuş birgə iclasında maliyyə naziri Samir Şərifov millət vəkili Zahid Orucun AZAL-ın özəlləşdirilməsi ilə bağlı təklifinə münasibətini bildirərkən qeyd edib.

Qeyd edək ki, Z. Oruc çıxışnda AZAL-ın özəlləşdirilməsinin, yerli özəl hava şirkətlərinin yaradılmasının zamanı çatdığını söyləyib. "Xeyli vaxtdır ki, AZAL-la, xüsusilə, onun tarif siyasəti ilə bağlı məsələ ətrafında söz-söhbətlər gedir. Hesab edirəm ki, nəhayət, AZAL özəlləşdirilməli, Azərbaycanda özəl hava şirkətləri yaradılmalı, onlara meydan verilməlidir. Yoxsa, bu məsələ ətrafında söz-söhbətlər heç zaman səngiməyəcək"-deyə, Z. Oruc sözlərinə əlavə edib.

S. Şərifov isə öz növbəsində bildirib ki, dünyanın əksər ölkələrində də özəl hava şirkətlərinin yaradılması o qədər uğurlu və effektli yol sayılmır. "Məsələn, ABŞ-ın 3 iri hava şirkəti var ki, onlar tez-tez müflisləşir və dövlət də onları məcburən qorumalı olur. Eyni zamanda, digər bəzi ölkələrdə də özəl hava şirkətlərinin müflisləşmədən qoruması üçün ayrı-ayrı qurumlar vasitəsi ilə subsidiyalar ayrılır. Ona görə də Azərbaycanda AZAL-ın özəlləşdirilməsi, özəl hava şirkətlətinin yaradılması uğurlu variant sayıla bilməz"-deyə, nazir sonda sözlərinə əlavə edib.