DYP rəisiylə saytın məhkəməsi başlayır – Şikayət icraata qəbul olunub

2 Oktyabr 2015 20:44 (UTC+04:00)
İclasın sonunda hakim Habil Məmmədov xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunması barədə qərar qəbul edib. Məhkəmə baxışı 08 oktyabr 2015-ci il tarixə saat 15.30-a təyin olunub.

Elnur Məhərrəmlinin vəkili Elçin Sadıqov bu qərarı "qanunsuz" adlandırıb.

Xatırladaq ki, BDYP rəisi AzPolitika.info saytının 31 avqust tarixli buraxılışında yayımlanmış "Nuşirəvan və "bayquşlarının" sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!"adlı yazıda təhqir olunduğunu iddia edib və E.Məhərrəmlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edib.

E.Məhərrəmli isə DYP rəisinin bu tələbini "AzPolitika"-ya təzyiq cəhdi hesab edir.