Göz qişasının köçürülməsində - İlk

3 Oktyabr 2015 10:40 (UTC+04:00)

RİKEN Tədqiqatlar İnstitutunun və Biometrik Tədqiqatlar və İnnovasiyalar İnstitutunun xəstəxanasının mütəxəssisləri ötən il 70 yaşlı qadın üzərində qeyd olunan əməliyyatı aparıblar. Makuladistrofiya xəstəliyinin daşıyıcısı olan qadının gözünə iPS hüceyrələrindən yetişdirilmiş göz qişası toxuması köçürülüb.

RİKEN İnstitutunun layihə rəhbəri Masayo Takahaşi və xəstəxananın nümayəndəsi Yasuo Kurimoto oktyabrın 2-də təşkil edilmiş mətbuat konfransında bildiriblər ki, xəstədə onkoloji əlamətlər də daxil omaqla xəstəliyin əlamətləri tamamilə aradan qalxıb.

Xəstənin görmə qabiliyyətinə gəlincə isə, əgər əməliyyatdan əvvəl həmin istiqamətdə zəifləmə fasiləsiz davam edirdisə, əməliyyatdan sonra zəifləmə dayanıb və sabit hal yaranıb. (Azərtac)