Erməni hərbi qulluqçuları arasında növbəti insident baş verdi

3 Oktyabr 2015 11:33 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, həqiqətdə isə müşahidə zamanı atışmanın qarşı tərəfin hərbi qulluqçuları arasında baş verməsi məlum olub. Oktyabrın 1-də saat 23.00 radələrində ön xətdə yerləşən düşmən mövqelərindən şəxsi heyətin bir-birinə qarşı təhqiramiz qışqırtısı və atıcı silahlardan on dəfəyədək atəş səsi eşidilib. Bundan sonra saat 23.40 radələrində düşmənin həmin mövqeyinə komandanlığın UAZ avtomobilində gəlməsi, səhər saatlarında isə 5 nəfərə qədər hərbi qulluqçunun avtomobilə zorla mindirilməsi və avtomobilin alay mərkəzinə doğru hərəkəti müşahidə edilib.

Bu, ordusunda baş verən neqativ hadisələri öz xalqından gizlətmək məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı növbəti təxribatıdır.
Müdafiə Nazirliyi bildirir ki, bu istiqamətdəki bölmələrimiz yüksəkliklərdə yerləşən mövqelərdən əməliyyat şəraitinə tam nəzarət edirlər.