Millimiz Avropa çempionatında ilk qələbəsini qazandı

3 Oktyabr 2015 20:15 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, oktyabrın 3-də Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli yarışda millimiz ikinci oyununu keçirib.

Latviya millisi ilə qarşılaşan yığmamız rəqibini 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi ilk oyunda Rusiya voleybolçularına 2:3 hesabı ilə məğlub olmuşdu.

Avropa birinciliyinə oktyabrın 8-də yekun vurulacaq.