Polislərin başını kəsmək niyyətində olan yeniyetməyə - Ömürlük həbs cəzası

3 Oktyabr 2015 23:38 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, 15 yaşlı hazırda terorçuluqda ittiham edilən ən gənc britaniyalıdır.

Yeniyetmə yalnız bir ittiham üzrə günahını boynuna alıb. Gənc olduğuna görə adı açıqlanmayan yeniyetmə cəzanın 5 ilini terrorçuluqda ittiham edilən şəxslərin həbsxanasında keçirməli olacaq. Məlumata əsasən, müttəhim Avstraliyada əlaqə saxladığı və cihadçı olduğu deyilən başqa bir şəxsə başlarının kəsilməsi yolu ilə polisləri qətlə yetirməyi təklif edib.

Məhkəmədə bildirilib ki, polisin vaxtında müdaxiləsi olmasa idi, gənc planlarını gerçəkləşdirə bilərdi. Birinci Dünya Müharibəsi vaxtı Türkiyənin qərbindəki Gelibolu yarımadasında hərbi kampaniya vaxtı həlak olmuş Avstraliya və Yeni Zelandiya vətəndaşlarının xatirəsinə həsr edilən veteranlar günü 25 apreldə qeyd olunur.

Türkiyəyə gələn dünya liderləri Birinci Dünya Müharibəsinin ən qanlı hərbi döyüşündə həlak olmuşların xatirəsini yad edirlər.