Ziya Məmmədovun bacısının işdən çıxarılması xəbəri yayıldı

4 Oktyabr 2015 11:18 (UTC+04:00)

İstiqlal.az saytına daxil olan məlumata görə, nazirin bacısı, "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edilib.

Bundan əvvəl isə Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırılıb, yaxın vaxtlarda "Azəryolservis"lə də bağlı analoji addım atılacaq.