FHN Qəbələdə sel təhlükəsi ilə bağlı xəbərlərə aydınlıq gətirdi

4 Oktyabr 2015 21:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

Mətnin xülasəsi
Yağan yağışlar nəticəsində bir neçə evin həyətyanı sahəsinə su dolub
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə və bəzi KİV-də Qəbələ rayonunda leysan xarakterli yağışların selə çevrildiyi, bir çox insanın həyatına təhlükə yarandığı barədə məlumatlar yayılıb.

Nazirlik bildirib ki, təhlükəli nəticələrə səbəb olmuş hər hansı təbiət hadisəsi baş verməyib: "Yağan yağışlar nəticəsində bir neçə evin həyətyanı sahəsinə su dolub. Nəticənin aradan qaldırılması ilə bağlı tədbirlər görülür".