Yardımlıda faciə - İki nəfər su quyusunda boğuldu

4 Oktyabr 2015 22:55 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 4-də saat 16.00 radələrində rayonun Köryədi kəndində qeydə alınıb.

Kənd sakinləri, 35 yaşlı Elvin Sultanağa oğlu Niftəliyev və 32 yaşlı Rahim Musaqulu oğlu Adışov qonşularına məxsus 20 metrlik su quyusunun təmizlənməsi ilə məşğul olmaq üçün quyuya düşüblər. Bir az sonra onların səsi gəlmədiyindən quyu təmizləyənlərin həyatı üçün təhlükə yarandığını hiss edən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.

Qurumun Cənub Regional Mərkəzinin xilasediciləri təcili hadisə yerinə ezam olunublar. Onların səyləri ilə E. Niftəliyevin və R. Adışovun cəsədləri quyudan çıxarılaraq ailələrinə təhvil verilib.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırma aparır.