Mirəlioğlunun da namizədliyi qeydə alınmadı (Yenilənib)

5 Oktyabr 2015 11:37 (UTC+04:00)


Bu barədə məlumatı AzNews.az-a 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin sədri Həsən Məmmədov verib. O bildirib ki, Mirmahmud Mirəlioğlunun dairəyə təqdim etdiyi sənədlərdə bir çox problemlər olub və bu səbəbdən onun namizdəliyi qeydə alınmayıb.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlu namizədliyini "Azadlıq-2015" blokundan, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən verib.

Məlumat üçün bildirək ki, Yeni Azərbaycan Partiyası həmin dairədən hazırkı deputat Muxtar Babayevin namizədliyini verib.

***
Klassik Xalq Cəbhəsi Partiyası sədr Mirmahmud Mirəlioğlunun qeydə alınmaması məsələsinə aydınlıq gətirib.

Partiyanın sədr müavini Xəzər Teyyublu AzNews.az-a açıqlamasında bildirib ki, hazırda 43 saylı Sumqayıt Üçüncü Seçki dairəsində bu məsələ araşdırılır: "Məsələ hüquqi cəhətdən araşdırılır. Bu məsələ ilə bağlı məhkəmələrə müraciət edəcəyik. Mirmahmud Mirəlioğlunun bütün imzaları doğrudur, amma niyə qeydə almayıb onu bimirik".

X.Teyyublu onu da əlavə edib ki, məsələ ilə bağlı bir azdan geniş məlumat veriləcək.

Sevinc, Bahar
AzNews.az