Elmira Axundovanın biznesmen-şair rəqibi geri çəkildi

5 Oktyabr 2015 13:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 71 saylı Masallı Dairə Seçki Komissiyasından deputatlığa namizədliyini irəli sürən biznesmen-şair son anda geri çəkilib. Onun geri çəkilməsinə səbəb vətəndaşlığı ilə bağlı probleminin olması göstərilir. Şair sənədlərinin qaydasında olmadığını və bu səbəbdən namizədliyinin qeydə alınmayacağını əsas götürərək imza vərəqələrini Dairə Seçki Komisiyyasına təqdim etməkdən imtina edib.

Məlumat üçün bildirək ki, bu dairədən əsas namizədlərdən biri ötən seçkilərdə elə sözügedən dairədən millət vəkili seçilmiş Elmira Axundovadır.