Daha bir partiya sədrinin namizədliyi qeydə alındı
5 Oktyabr 2015 13:33 (UTC+04:00)
Bu barədə məlumatı AzNews.az-a 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin aparıcı məsləhətçisi Seymur Quliyev verib. O, Tahir Kərimlinin namizədliyinin artıq qeydə alındığını bildirib.
Qeyd edək ki, Tahir Kərimli 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb.
Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Əlyunis Mütəllimovun namizədliyini verib.
Hazırda isə həmin dairənin deputatı Ərəstun Cavadovdur.
Sevinc Yasinqızı
AzNews.az