MTRŞ-nın bayağılıqda ittiham etdiyi aparıcı danışdı: “Veriliş davam edəcək”

5 Oktyabr 2015 13:51 (UTC+04:00)


Şura bildirib ki, "Sevimli şou"da aşağı zövqlərə köklənən müəyyən musiqi parçaları səslənir ki, bu, cəmiyyətin müəyyən təbəqəsinə köklənib. Bundan əlavə şura sözü gedən verilişdə efirin toyxanaya çevrilməsini, habelə aparıcı Mikayıl Güləddinoğlunın bayağı davranışlarını da tənqid edib.

"Mikayıl-şou" verilişinin aparıcısı Mikayıl Güləddinoğlu AzNews.az-a açıqlamasında qeyd edib ki, veriliş bu mövsümdə də efirdə olacaq. O, bildirib ki, "Space" də digər kanallar kimi Milli Televiziya və Radio Şurasının tövsiyələri ilə hərəkət edir: "İstər aparıcı, istərsə də veriliş işçiləri televiziya şurasının göstərişi, verdiyi tövsiyyələrlə hərəkət edir. Televiziya şurası belə məsləhət bilib, biz də onların qoyduğu qanunla yolumuza davam edəcəyik. Səhvlərimiz varsa düzəldəcəyik".

M. Güləddinoğlu vurğulayıb ki, yaxın müddət ərzində hər şey öz qaydasına düşəcək: "Onların tövsiyyələrindən, iradlarından özümüz üçün nəticə çıxardacağıq".

Bahar RÜSTƏMLİ
AzNews.az